Bakıda daha bir restoran karantin qaydalarını pozdu - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bakıda daha bir restoran karantin qaydalarını pozdu - Foto

Kriminal

20 Aprel 2020 12:12 787


Bakının Səbail rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərən restoran aşkar edilib.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı M.Müşfiq küçəsi 4 ünvanında yerləşən “502” restoranının xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi məlum olub. Obyektə baxış zamanı orada olan obyekttin sahibi və 4 nəfər müştərinin karantin qaydalarını pozduları müəyyən aşkar edilib. Pepperoni pizza

Həmin şəxslər restoranı icarə əsasında işlədən Yevlax rayon sakini Coşqun Məmmədov, Mingəçevir şəhər sakini Elmin Məmmədzadə, paytaxt sakinləri Fidan Əmrahova, Sahilə Bəhrəmova və Nasir İsayev saxlanılaraq Səbail RPİ-nin 41-ci Polis Bölməsinə gətiriliblər. Bu şəxslər barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub. 

Karantin qaydalarını pozan C.Məmmədov 200, digər 4 nəfəri isə 100 manat miqdarında cərimə ediliblər


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!