Bakıda daha bir xəstəxananın əməkdaşları ilə bağlı koronavirus iddiası

saytların hazırlanması

Evə çatdırılma

Bakıda daha bir xəstəxananın əməkdaşları ilə bağlı koronavirus iddiası

Sosial

17 İyun 2020 14:11 547


M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasında koronavirusa yoluxan olmayıb.

Yenisabah.az bildirir ki, bu barədə Oxu.Az-a “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva sosial şəbəkələrdə və bəzi media orqanlarında sözügedən xəstəxanada tibb işçilərinin koronavirusa yoluxması ilə bağlı yayılan məlumata münasibət bildirərkən deyib.

O qeyd edib ki, M.Ə.Əfəndiyev adına 2 saylı Şəhər Kliniki Xəstəxanasında hazırda tibb işçiləri arasında koronavirusa yoluxanların olmasına dair heç bir məlumat yoxdur. pizza

Xatırladaq ki, bəzi media orqanlarında adıçəkilən səhiyyə ocağında çalışan yeddi tibb bacısının koronavirusa yoluxduğuna dair xəbərlər yayılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!