Bakıda dəhşətli hadisə: Liftin trosu qırıldı, yaralılar var

saytların hazırlanması

Evə çatdırılma

Bakıda dəhşətli hadisə: Liftin trosu qırıldı, yaralılar var

Hadisə

23 İyun 2024 18:44 2605


Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi 79 ünvanında liftin qırılması və yaralıların olması hadisəsinin təfərrüatı açıqlanıb.

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 16:06-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə paytaxtın Nərimanov rayonu, A.Nematulla küçəsi ərazisindən liftin qırılması səbəbi ilə çağırış daxil olub.

"Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. 5 nəfər (qadın cinsli) şəxs xəsarət alıb. Xəsarət alanlar təcili tibbi yardım briqadası tərəfindən müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunublar", - məlumatda deyilir. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!