Bakıda dəhşətli qəza – Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda dəhşətli qəza – Fotolar

Kriminal

04 Fevral 2021 08:59 898


Bakının Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

“Yeni Sabah” APA-ya istinadən xəbər verir ki, hadisə Ziya Bünyadov prospektinin Nəsimi rayonu ərazisinə düşən hissəsində baş verib.

1990-cı il təvəllüdlü Allahverdiyev Elkin Famil oğlu idarə etdiyi “Mercedes” markalı avtomobildə qəfil sükana nəzarəti itirib. Avtomobil beton yol ayrıcına çırpılıb. Sürücü E.Allahverdiyev ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Sezar pizza

Həkimlər ona sağ baldır sümüyünün sınığı və qapalı kəllə-beyin travması diaqnozu qoyub.

Hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin və Yol Patrul xidmətinin əməkdaşları cəlb edilib. Ziya Bünyadov prospektinin “20 yanvar” dairəsi istiqamətində tıxac yaranıb.

Nəsimi RPİ-dən verilən məlumata görə, hadisəyə səbəb sürücünün sükan arxasında yuxulaması olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!