Bakıda dəhşətli qəza: Ölənlər və yaralananlar var – Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda dəhşətli qəza: Ölənlər və yaralananlar var – Video

Kriminal

17 İyul 2020 08:48 1058


Bakının Qaradağ rayonunda 2 nəfərin ölümünə səbəb olan ağır yol-nəqliyyat hadisəsi baş verib.

Baku TV xəbər verir ki, qəza Lökbatan və Qobu qəsəbələrini birləşdirən yolda qeydə alınıb.

“VAZ-2107” markalı avtomobillə “VAZ-21099” markalı nəqliyyat vasitəsi toqquşub. pizza

Qəza zamanı “VAZ-2107”nin sürücusü və “VAZ-21099”da olan qadın sərnişin hadisə yerində ölüb.

Hadisə zamanı 49 yaşlı Nəsibova Arzu Xanoğlan qızı, 32 yaşlı Xəlilova Sevinc Sahil qızı, 25 yaşlı Məlinova Günel Mustafa qızı və 17 yaşlı Sultanova Nisə Kazım qızı müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. 

Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!