Bakının Nəsimi rayonu, Mehdi Mehdizadə və 28 May küçələrinin kəsişməsində yerləşən mövcud dəmir yolu körpüsünün sökülməsi işlərinə başlanılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən "Yeni Sabah"a daxil olan məlumata görə, bu səbəbdən avtonəqliyyat vasitələrinin hərəkəti sözügedən küçələrin Yusif Səfərov və Kövkəb Səfərəliyeva küçələri arasında yerləşən hissəsində məhdudlaşdırılıb.
Məlumata görə, məhdudlaşma bu gün səhər saatlarından tətbiq olunub və söküntü işləri bitənədək qüvvədə olacaq. Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur. Toyuqlu pizza
Telegram kanalımız