Bakıda dəmirəritmə sexində partlayış oldu - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda dəmirəritmə sexində partlayış oldu - Video

Hadisə

05 Fevral 2021 18:29 1037


Fevralın 5-də Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonu ərazisində dəmirəritmə sexində yanğınla nəticələnən partlayış baş verməsi barədə məlumat daxil olub. 

Fövqəladə Hallar Nazirliyindən Yennisabah.az-a verilən məlumata görə, dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub. Görülmüş operativ tədbirlər sayəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb və sex yanğından mühafizə olunub. Yanğın nəticəsində ümumi sahəsi 9 kv.m olan nasosxananın yanar konstruksiyaları, elektrik kabeli 3 p.m, ərazidə mazut qalıqları 60 kv.m sahədə və 2 ədəd 50 litrlik propan qaz balonu yanıb, partlayışın zərbəsindən nasosxananın divarları dağılıb. Hazırda ərazidə aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!