Paytaxtın Suraxanı rayonunda limanda ehtiyatsızlıq bir nəfərin ölümünə səbəb olub.
Yenisabah.az APA-ya istinadən xəbər verir ki, hadisə Hövsan qəsəbəsində qeydə alınıb.
Belə ki, Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanında işləyən 1994-cü il təvəllüdlü Zaur Məhərrəm oğlu Tağıyevi ehtiyatsızlıqdan avtokar vurub. Dominos pizza
Gənc oğlan aldığı xəsarətlərdən travmatik şok keçirib. O, xəstəxanaya çatdırılarkən yolda vəfat edib.
Faktı Suraxanı Rayon Prokurorluğunun əməkdaşları araşdırırlar.
Telegram kanalımız