Bakıda dəniz sahilində qadın meyiti tapıldı 

saytların hazırlanması

Evə çatdırılma

Bakıda dəniz sahilində qadın meyiti tapıldı 

Hadisə

01 Sentyabr 2021 12:30 1421


Xəzər rayonunun Mərdəkan qəsəbəsində dənizin sahilində çimərlik geyimində 25-26 yaşlarında naməlum qadın meyiti tapılıb. 

DİN-dən Yenisabah.az-a verilən məlumata görə, onun dənizdə boğulduğu ehtimal edilir. Aşkarlanan meyit arıq bədən quruluşlu və boyu 156 santimetrdir. Onun üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib. Tapılan zaman barmağında qızıl üzük olub.

Həmin şəxsi tanıyanlardan Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinin 012-454-22-22 və 070-300-20-99 nömrələri ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş edilir. Dördpendirli pizza

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!