Bakıda dənizdən naməlum qadın meyiti tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda dənizdən naməlum qadın meyiti tapıldı

Kriminal

19 Aprel 2019 19:00 1551


Aprelin 17-si Xəzər rayonu, Mərdəkan qəsəbəsi ərazisində dənizdən üzərində zorakılıq əlamətləri olmayan 25-35 yaşlarında naməlum qadın meyiti tapılıb. 

DİN-dən “Yeni Sabah”a verilən məlumata görə, meyitin xarakterik əlamətləri : boyu 159-santimetr, orta bədən quruluşlu, saçlarının rəngi qaradır. Ağız boşluğunda alt və üst çənəsinin hər birində 4 ədəd sarı metaldan hazırlanan dişləri var. Meyit tapılan zaman əynində idman üslubunda tikilən qara şalvar, qara uzunboğaz yun köynək, ayağında qırmızı rəngli ayaqqabı olub.

Şəxsiyyəti məlum olmayan şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, Nəqliyyatda Baş Polis İdarəsi Su Nəqliyyatında Polis İdarəsinə (012) 433-38-02, (012) 433-38-12, həmçinin 050-200-58-08 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur. Sezar pizza

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!