Bakıda ev almaq istəyənlərə mühüm xəbər - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda ev almaq istəyənlərə mühüm xəbər - Video

İqtisadiyyat

04 Yanvar 2023 12:41 11654


Ötən il daşınmaz əmlak bazarında bahalaşma müşahidə olundu. 

Ekspertlər bunu Rusiya-Ukrayna müharibəsi və tikinti materiallarının kəskin qiymət artımı ilə əlaqələndirirlər. 

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadə "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, bu il əmlak bazarında 10%-ə qədər bahalaşma ola bilər.  Dördpendirli pizza

"Hesab edirəm ki, artım daha çox torpaq sahələrində və köhnə tikililərdə müşahidə olunacaq. Satışa təklif olunan torpaqlar get-gedə azalmaq üzrədir. Xüsusən də şəhərin mərkəzində çoxmərtəbəli binalar inşa etmək üçün demək olar ki boş torpaq sahəsi yoxdur. Son vaxtlar sahibkarlar daha çox ucuz torpaq almaq üçün Nərimanov, Nəsimi, Səbail, Xətai rayonlarına meyl edirlər. Yeni tikililərdə ötən il orta qiymət 1500-1800 manat aralığındaydısa bu il həmin qiymət 2000-2500 manatadək dəyişəcək".

Daha ətraflı videoda:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!