Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 120 m² olan birmərtəbəli dörd otaqlı evin otağının yanar konstruksiyaları 17 m² sahədə, dam örtüyü 120 m² sahədə, bitişik ümumi sahəsi 88 m² olan ərzaq mağazasının dam örtüyünün taxta atmaları və rəflərə yığılan ərzaq malları yanıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Yenisabah.az-a verilən xəbərə görə, yüksək temperaturdan lambirdən ibarət tavan əriyib.
Evin və mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Marqarita pizza
Telegram kanalımız