Bakıda evdən noutbuk, televizor və videokamera oğurlayan şəxs tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda evdən noutbuk, televizor və videokamera oğurlayan şəxs tutuldu

Kriminal

31 May 2022 10:38 940


Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə mayın 28-də Maştağa qəsəbəsindəki evlərin birindən 15.000 manat dəyərində 3 ədəd noutbuk, 3 ədəd domafon, 2 ədəd televizor, videokamera və avtomobil ehtiyat hissələrinin oğurlanması barədə müraciət daxil olub. 

Bu barədə "Yeni Sabah"a DİN Mətbuat Xidmətindən məlumat verilib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər də oğurluq və narkotiklərlə əlqəli cinayətlərə görə məhkum olunmuş Rövşən Şahbazov müəyyən edilərək saxlanılıb. Sezar pizza

Araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!