Bakıda evdən qaçan gəlin uşaqlarından imtina etdi:   “Sevdiyim oğlanla qalıram“

saytların hazırlanması

Evə çatdırılma

Bakıda evdən qaçan gəlin uşaqlarından imtina etdi: “Sevdiyim oğlanla qalıram“

Sosial

25 Oktyabr 2019 18:33 1863


22 yaşlı gəlin 6 illik ərindən olan iki uşağını atıb yad kişi ilə qaçıb.

"Yeni Sabah" xəbər verir ki, gənc qadın "Səni axtarıram"a üz tutaraq hər kəsi təəccübləndirib.

22 yaşlı gəlinin dedikləri Xoşqədəm Hidayətqızı başda olmaqla studiyadakıları da məəttəl qoyub: pizza sifarişi

"Yoldaşımdan ayrılmaq istədiyim üçün bura gəlmişəm. 3 və 4 yaşında iki uşağım var. Uşaqlar yoldaşımdadır. Evdən qaçmışam. Sevdiyim oğlanla bir yerdə qalıram. Mən yoldaşımı istəmirdim, evdən veriblər məni ona. Bu oğlanı da bir həftədir sevirəm. Onunla İnstaqramda tanış olduq". 

Xoşqədəm "Evdən qaçanda bəs uşaqları niyə özünlə aparmadın?" sualı ilə itkin gəlinə müraciət edib. Qadının cavabı yenidən heyrətləndirib:

"Uşaqlar onundur. Daha uşaqları da istəmirəm". /milli.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!