Bakıda evindən meyiti tapılan qadın intihar edibmiş... - Məktub yazıb - Təfərrüatlar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda evindən meyiti tapılan qadın intihar edibmiş... - Məktub yazıb - Təfərrüatlar

Hadisə

12 Yanvar 2020 16:45 1254


Xəbər verdiyimiz kimi, Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Nizami rayonunda bağlı qapı arxasında meyit aşkarlayıblar. 

Xatırladaq ki, FHN-dən "Yeni Sabah"a daxil olan məlumatda bildirilib ki, "112” qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1971-ci il təvəllüdlü Hüseynova Könül Fərrux qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azxəbər.com-un əldə etdiyi məlumata görə, istintaq araşdırması zamanı K.Hüseynovanın özünü asaraq intihar etdiyi aydınlaşıb. O, intihar etməzdən öncə ağır xəstəlikdən əziyyət çəkdiyini və bu səbəbdən intihar yolunu öz iradəsi daxilində seçdiyini bildirən məktub yazıb. Araşdırmalar zamanı K.Hüseynovanın ailəli olmadığı və tək yaşadığı müəyyənləşdirilib. Dördpendirli pizza

Faktla bağlı cinayət işi qaldırılıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!