Bakıda eyvanda paltar qurutmağa son qoyulur – Polisdən xəbərdarlıq

saytların hazırlanması

Evə çatdırılma

Bakıda eyvanda paltar qurutmağa son qoyulur – Polisdən xəbərdarlıq

Sosial

08 İyul 2019 15:35 1458


Bakı şəhər Baş Polis İdarəsi paytaxtda səkiləri zəbt edənlərə xəbərdarlıq edib.

İdarədən verilən məlumata görə, antisanitar vəziyyət, piyada səkilərinin təyinatı üzrə istifadəsinə etinasız münasibət, yaşayış binalarının fasadlarında asılan qurutma zivələri cəmiyyəti arahat edir. 

Bildirilib ki, şəhərin görünüşünə xələl gətirən hallarla bağlı ayırı-ayrı paytaxt sakinləri tərəfindən polisə daxil olan müraciətlərdə ekologiyanın və ətraf mühitin mühafizəsi, piyada səkilərinin zəbt olunması məsələsi diqqət mərkəzindədir.  pizza

"Vətəndaş müraciətlərini nəzərə alaraq, paytaxt sakinlərindən xahiş olunur ki, piyada səkilərini təyinatı üzrə istifadə etməklə, dayanma-durma qaydalarının tələblərinə əməl etsinlər, avtomobilləri piyada səkilərində saxlamasınlar, şəhərin təmizliyinə həssas yanaşsınlar, binaların fasadlarında paltar qurutma ənənəsinə son qoysunlar. Sadalanan halların nümunəvi təminində və həyata keçirilməsində hər bir paytaxt sakinini, qonaqları fəal iştiraka çağırırıq"- deyə məlumatda qeyd olunub.

Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!