Bakıda fəhlə faciəli şəkildə öldü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda fəhlə faciəli şəkildə öldü

Kriminal

05 Fevral 2021 11:31 1159


Fevralın 4-də saat 14 radələrində Xəzər rayonunun Qala qəsəbəsi ərazisində fəhlənin təmir-tikinti işləri apararkən xəsarət alaraq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xəzər rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla müəyyən edilib ki, Vahid Vəliyev qeyd edilən ərazidə fəhlə işlədiyi fərdi yaşayış evinin təmiri zamanı beton qarışdıran maşının pompasının başına dəyməsi nəticəsində aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. pizza sifarişi

İş üzrə prokurorluq işçiləri tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda hadisənin baş vermə səbəblərinin və təqsirli şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!