Bakıda gənc supermarketdə öldü   - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda gənc supermarketdə öldü - Video

Hadisə

17 İyul 2021 14:55 2064


İyulun 16-da gənc oğlan Bakının Xətai rayonunda yerləşən “Bravo”da anidən yerə yıxılıb. Onun ürəyində problem olduğu bildirilib.

Təcili Tibbi Yardım Briqadası hadisə yerinə çağırılan müddətdən xeyli gec gəlib və iddialara görə, həkim ürəyini səhv masaj etdiyi üçün şəxs vəfat edib.

Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından (TTTYS) Yenisabah.az-a verilən məlumata görə, təcili tibbi yardım briqadası hadisə yerinə çatan zaman şəxs ölübmüş: Toyuqlu pizza

“Həkimin edə biləcəyi son şey ürək masajı olub. Amma effektiv alınmayıb, xəstəni geri qaytarmaq mümkün olmayıb.

Təcili yardım çağırışdan dərhal sonra hadisə yerində olub. Amma Ətrafdakılar vətəndaş yıxılandan nə qədər sonra təcili yardıma çağırış edib, o məlum deyil”.

Eyni zamanda, vəfat edən şəxs ürək xəstəsi olduğu bildirilib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!