Bakıda gizli fəaliyyət göstərən “play station” zalı aşkarlandı - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bakıda gizli fəaliyyət göstərən “play station” zalı aşkarlandı - Foto

Kriminal

22 Aprel 2020 15:53 739


Binəqədi rayonunda karantin qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən “play station” zalı aşkar edilib.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 4-cü Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı qəsəbə ərazisində paytaxt sakini Cəlal Cabbarlının “play station” salonu işlətdiyi məlum olub. Marqarita pizza

Obyektə baxış zamanı daha iki nəfər müştərinin xüsusi karantin qaydalarını pozaraq oyun zalında olduqları aşkar edilib. C.Cabbarlı və müştərilər saxlanılaraq Binəqədi RPİ-nin 4-cü Polis Şöbəsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilən barəsində Polis Şöbəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək inzibati qaydada cəzalandırılıblar. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!