Bakıda görüntüləri yayılan həkim   DANIŞDI - FOTO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda görüntüləri yayılan həkim DANIŞDI - FOTO

Sosial

04 İyun 2025 22:59 1484


"Yayılan videoda gördüyümüz hadisələr xəstənin şəxsi istəyi ilə baş verib və heç bir məcburiyyət olmayıb. Ultrasəs və biopsiya heç vaxt steril şəraitdə aparılmır, bunun üçün əməliyyat otağında olmalıyam. Mən əməliyyat həkimi deyiləm".

Bu fikirləri Oxu.Az-a açıqlamasında pasiyentini prosedur zamanı videoya çəkən və sözügedən görüntülərə görə tənqid olunan mammoloq-radioloq Günel Qəmbərova deyib.

O qeyd edib ki, prosedurun qeyri-steril şəraitdə aparılmasında heç bir problem yoxdur: pizza mizza

"Mən mammoloq-radioloqam, prosedurlar heç vaxt steril şəraitdə aparılmır, buna ehtiyac da yoxdur. İstifadə edilən əlcək belə steril deyil, əməliyyat əlcəklərindən fərqli olaraq bu, tibbi əlcəkdir. Əlcəyi də ona görə taxıram ki, pasiyentdə dəri xəstəliyi olsa, mənə keçməsin.

Mən süd vəzi həkimiyəm. 2014-cü ildən bu günə qədər süd vəzi prosedurlarını aparıram. Xəstələrin üzünü həmişə bağlamışam. Radioloq əməliyyat həkimi deyil. Qadının görüntüsünü isə özü istədiyi üçün paylaşmışıq. Xəstə ultrasəs müayinəsindən qorxurdu, dedi ki, istəyirəm, ərimin acığına o mahnını qoyub oynayasınız. Yerə düşən iynəni isə biz təkrar istifadə etmirik.

Tibb Universitetində 17 illik müəlliməm, tələbələrim var, məsələni böyütməsinlər. Dünənin uşağı deyiləm, beynəlxalq təcrübəm var. Azərbaycandan ABŞ-yə gedən ilk radioloqam. Tələbələrim Azərbaycanda və dünyada tanınmış həkimlərdir", - deyə G.Qəmbərova qeyd edib.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!