Bakıda gözlənilməz yoxlama   şok gerçəkləri ortaya çıxartdı - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Bakıda gözlənilməz yoxlama şok gerçəkləri ortaya çıxartdı - FOTOLAR

Sosial

29 Aprel 2026 17:34 188


“Tənün” unlu məmulatların istehsalı obyektində nöqsanlar aşkarlanıb.

Bu barədə "Yeni Sabah"a  Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Agentlik əməkdaşları Bakı şəhəri, Nərimanov rayonu, Aşıq Alı küçəsi, ev 22 ünvanında fəaliyyət göstərən fiziki şəxs Xalıqov Vahid Rafiq oğluna məxsus “Tənün” unlu məmulatların istehsalı obyektində plandankənar yoxlama keçirib.

Yoxlama zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının bir sıra tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi, texnoloji ardıcıllıq prinsiplərinə riayət olunmadığı aşkarlanıb. Həmçinin unlu məmulatların istehsalı zamanı çarpaz çirklənmənin qarşısının alınması üçün zəruri şəraitin təmin edilmədiyi, divar və tavan səthlərinin tamlığının pozulduğu, ümumi mübadiləli havalandırma sisteminin qurulmadığı, soyuducu avadanlıqlarda korroziya əlamətlərinin müşahidə olunduğu, eləcə də müəssisədə dezinfeksiya, dezinseksiya və deratizasiya işlərinin mütəmadi aparılmadığı müəyyən edilib.

Aşkarlanan uyğunsuzluqlarla bağlı müəssisə rəhbəri barəsində inzibati xəta haqqında protokol tərtib olunub. Qida obyektinin nöqsanlar aradan qaldırılanadək fəaliyyəti dayandırılıb.

Eyni zamanda, hazır məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim olunub.

Aytac Əliyeva

 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!