“Həmin axşam Ramiz Mehdiyev mənə zəng etdi...”  -   VİDEO

saytların hazırlanması

Evə çatdırılma

“Həmin axşam Ramiz Mehdiyev mənə zəng etdi...” - VİDEO

Siyasət

29 Aprel 2026 16:04 244


"O zaman Milli Məclisin deputatı idim. Həmin axşam Prezident Aparatından Ramiz Mehdiyev mobil telefonuma zəng etdi".

"Yeni Sabah" xəbər verir ki, bunu "Qaranlıqda Həqiqət" yutub layihəsində  Azərbaycannın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri Vilayət Quliyev bildirib.

O, xarici işlər naziri təyin olunmasının təfərrüatlarını açıqlayıb.

V.Quliyev xatırladıb ki, həmin dövrdə 3 yüksək vəzifəli şəxs - Vəfa Quluzadə, Eldar Namazov və Tofiq Zülfüqarov istefa vermişdi. Diplomat mərhum Prezident Heydər Əliyevin ona XİN-in rəhbəri olmanı necə təklif etdiyini müfəssəl nəql edib.

Ətraflı videoda:

Xatırlatma: Vilayət Quliyev 1992–1993-cü illərdə Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) təşkilat komitəsinin üzvü və siyasi şuranın üzvü olub. Həmin dövrdə Türkiyənin Ərzurum şəhərindəki Atatürk Universitetində mühazirələr oxuyub. 1992-ci ildə AMİP-in mətbu orqanı olan "Millət" qəzetinin baş redaktoru da işləyib.

1993-cü ildə AMİP daxilindəki hakimiyyətlə anlaşma problemi səbəbi ilə yaranmış fikir ayrılığı zamanı partiyadan ayrılıb və Azərbaycan Demokratik İstiqlal Partiyasının (ADİP) təşkilində iştirak edib. 1994-cü ildə ADİP-in birinci katibi seçilib.

1995–2000-ci illərdə Milli Məclisin I çağırış deputatı olub.

26 oktyabr 1999-cu ildən 2 aprel 2004-cü ilə qədər Azərbaycan Respublikasının xarici işlər naziri olub. 7 iyun 2004 ildən 30 mart 2010-cu ilə qədər Azərbaycanın Polşada, 30 mart 2010-cu ildən 23 iyul 2021-ci ilə qədər Azərbaycanın Macarıstanda səfiri vəzifəsini tutub. 4 may 2022-ci ildən etibarən Azərbaycanın Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfirdir.

Aytəkin Əzizqızı


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!