FIFA prezidenti Canni İnfantino və qurumun şurası klublarla bağlı yeni qayda üzərində işləyir.
"Yeni Sabah" Sport-ekspress-ə istinadla xəbər verir ki, Şuranın Vankuverdə keçirilən iclasında FIFİA rəhbərliyi bütün tərəflərlə məsləhətləşmələrin başlanmasını yekdilliklə təsdiqləyib.
Müzakirə olunan əsas məsələ klublar üçün məcburi limitin tətbiqidir. İdeyaya əsasən, dünyadakı bütün klublar əsas heyətdə minimum öz yetirməsi olan bir yerli gənc futbolçuya (U-20 və ya U-21 yaş kateqoriyasına aid oyunçuya) meydanda yer verməli olacaq.
Hazırda bu təşəbbüs yalnız niyyət mərhələsindədir və yekun qərar qəbul edilməyib. Bununla belə, belə bir qaydanın tətbiqi komandaların heyət quruluşuna ciddi təsir göstərə bilər.
Yekun təklifin gələn il FIFA Şurasında yenidən müzakirəyə çıxarılması planlaşdırılır.
Yeni limitin tətbiq olunacağı halda klubların buna necə reaksiya verəcəyi isə hələlik qeyri-müəyyəndir.
Telegram kanalımız