Bakıda güclü partlayış: 10-dan çox avtomobil...   - FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Bakıda güclü partlayış: 10-dan çox avtomobil... - FOTOLAR

Hadisə

06 Fevral 2024 08:14 17503


Bakının Yasamal rayonunda partlayış baş verib.

“Report” xəbər verir ki, hadisə rayonun İnşaatçılar prospektində yerləşən 422 saylı qazanxanada qeydə alınıb.

Partlayış nəticəsində qazanxananın divarları uçub, ətrafdakı binaların pəncərə şüşələri qırılıb, 10-dan çox minik avtomobilinə ziyan dəyib. Dördpendirli pizza

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib.

Partlayışda xəsarət alan bir nəfər xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!