Bakıda güzəştli mənzillər satışa çıxarılır

saytların hazırlanması

Evə çatdırılma

Bakıda güzəştli mənzillər satışa çıxarılır

Sosial

28 Oktyabr 2025 17:04 226


Bakının Binəqədi rayonunda, Şirvan və Yevlaxdakı yaşayış komplekslərində mənzillər bu ilin sonuna qədər satışa çıxarılacaq.

"Yeni Sabah" "Report"a istinadən xəbər verir ki, bu barədə Mənzil İnşaatı Dövlət Agentliyindən (MİDA) bildirilib.

Məlumata görə, növbəti elanın sabah verilməsi və mənzil seçimi prosesinin bu ilin sonuna qədər aparılması nəzərdə tutulur. Satışa Agentliyin əvvəlki layihələri ilə yanaşı, hazırda inşası davam edən Binəqədi, Şirvan və Yevlax yaşayış komplekslərində yerləşən güzəştli mənzillər çıxarılacaq. pizza sifarişi

"Vətəndaşların rahatlığı üçün "Güzəştli mənzil" sistemində mütəmadi olaraq təkmilləşdirmə işləri aparılır. Son yeniliklər çərçivəsində sistemin ümumi görünüşü müasir dizaynda yenilənib, qeydiyyat, ilkin razılıq qərarının alınması, mənzil seçimi və gözləmə qaydasında seçim prosesləri ilə bağlı yazılı və video təlimatlar yenilənib. Vətəndaşlar yeni təlimatlarla Agentliyin internet səhifəsi və sosial şəbəkə hesabları vasitəsilə tanış ola bilərlər", - deyə açıqlamada qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!