Bakıda hamını təəccübləndirən qurğunun nə olduğu bilindi - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bakıda hamını təəccübləndirən qurğunun nə olduğu bilindi - Foto

Sosial

24 Oktyabr 2019 12:56 2251


Paytaxta LPG qazlarının saxlanması üçün unikal böyüklükdə qurğu gətirilib.

“Yeni Sabah” xəbər verir ki, İtaliya istehsalı olan qurğunun gətirilməsində əsas səbəb “SOCAR”ın Heydər Əliyev adına Neft emalı zavodunun müasirləşdirilməsi tədbirləridir. Uzunu 35 metr, həcmi 345 ton olan qurğu Qafqazda ilkdir. Növbəti mərhələdə isə 66 metr uzunluğunda olan daha irihəcmli qurğunun gətirilməsi planlaşdırılır.

Qeyd edək ki, son zamanlar ölkəmizdə yanacaqdoldurma məntəqələrində maye qazın satışı ilə bağlı problemlər yaranmışdı. Dominos pizza

SOCAR-ın İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi İbrahim Əhmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, yaranmış problemə səbəb sənayenin inkişafı nəticəsində LPG-yə artan tələbata görə qıtlıq yaranması olub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!