Bakıda hərbi qulluqçuya rişxənd edən şəxs saxlanıldı, haqqında araşdırma başlandı - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda hərbi qulluqçuya rişxənd edən şəxs saxlanıldı, haqqında araşdırma başlandı - Video

Kriminal

06 İyul 2020 19:09 1763


Qaradağ rayonu Lökbatan qəsəbəsində xidmət aparan hərbi qulluqçunun qanuni tələblərinə rişxəndlə yanaşaraq, hörmətsizlik nümayiş etdirən və bu hərəkətlərini mobil telefon vasitəsilə qeydə alaraq sosial şəbəkələrdə yayan şəxs müəyyən olunaraq saxlanılıb.

Bakı şəhər BPİ Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, Qaradağ rayon sakini, 1986-cı il təvəllüdlü Orucəli Zərbəliyev Qaradağ RPİ 10-cu Polis Bölməsinə dəvət olunaraq, onun barəsində araşdırmalara başlanılıb.

Araşdırmanın nəticəsindən asılı olaraq, onun əməlinə hüquqi qiymət veriləcək. Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!