Bu gün Nəsimi rayonu Y.V.Çəmənzəminli küçəsi, 5 ünvanında yerləşən ictimai iaşə obyektində 24 yaşlı S.Şərifova və 27.06.2024-cü ildə anadan olan körpəsinin baxımsız vəziyyətdə qalması barədə polisə məlumat daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı Lumu İsrəfilli APA-nın sorğusuna cavab olaraq bildirib.
O qeyd edib ki, dərhal ərazi üzrə xidmət aparan polis əməkdaşları deyilən ünvana cəlb ediliblər: pizza mizza
"Ana və körpəsi polis, həmçinin digər dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə xəstəxanaya yerləşdirilib. Hazırda məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır".
Telegram kanalımız