Bakıda içində 20 mindən çox pul olan çanta oğurlandı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda içində 20 mindən çox pul olan çanta oğurlandı

Kriminal

26 İyul 2022 11:22 1169


DİN-in “102” Xidməti Zəng Mərkəzinə iyulun 25-də Bakı Dəmir yolu vağzalının yaxınlığında paytaxt sakini E.Umudova zor tətbiq edən şəxsin içərisində 5500 manat və 10.200 ABŞ dolları olan çantasını soyğunçuluq yolu ilə talayıb qaçması barədə məlumat daxil olub. 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Yenisabah.az-a verilən məlumatda bildirilib.

Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Neftçala şəhər sakini A.Əkbərov müəyyən edilərək saxlanılıb. Pepperoni pizza

Şəxsi axtarış zamanı ondan heroin və metamfetamin aşkar olunaraq götürülüb. 

Nəqliyyatda Baş Polis İdarəsində araşdırma aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!