Bakıda insanların sıx toplaşdığı ərazilərdə dezinfeksiya işləri aparılır - Foto

saytların hazırlanması

Evə çatdırılma

Bakıda insanların sıx toplaşdığı ərazilərdə dezinfeksiya işləri aparılır - Foto

Sosial

26 Mart 2020 11:34 1076


Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən paytaxtda insanların sıx toplaşdığı ərazilərdə gün ərzində iki dəfədən az olmayaraq dezinfeksiya işləri həyata keçirilir.

İcra Hakimiyyətindən Yenisabah.az-a verilən məlumata görə, koronavirus pandemiyasının Azərbaycanda yayılmaması məqsədilə ölkə ərazisində mütəmadi olaraq dezinfeksiya işləri həyata keçirilir. 

Bura parklar, uşaq meydançaları, inzibati binalar ilə yanaşı insanların sıx toplaşdığı ərazilər də daxildir. Bu ərazilərdə oturacaqlar, səkilərdən tutmuş hər bir yer gün ərzində iki dəfədən az olmayaraq dezinfeksiya edilir. Bakı Şəhər İcra Hakimiyyətinin tapşırığına əsasən Bakı şəhəri üzrə dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib, gücləndirilmiş iş rejiminə keçirilib. Marqarita pizza

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı virusun yayılmaması üçün hər kəsə zərurət olmadığı halda evdən çölə çıxmamağı tövsiyyə edir. Əhaliyə evlərini tərk etməmək və kütləvi yerlərdə toplaşmamaq tövsiyə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!