Bakıda iri ağac 2 avtomobilin üzərinə aşdı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda iri ağac 2 avtomobilin üzərinə aşdı - Fotolar

Hadisə

28 May 2021 22:44 1336


Bakının Nəsimi rayonunda iri ağac qırılaraq 2 avtomobilin üzərinə düşüb.

Yenisabah.az xəbər verir ki, “Hyundai” markalı avtomobil binanın qarşısında hərəkətsiz vəziyyətdə, digər “KİA” markalı avtomobil isə hərəkətdə olarkən ciddi ziyana məruz qalıb.

Hərəkətdə olan, şəhər sakini İradə İbrahimovaya məxsus avtomobildə azyaşlı da olub. Pepperoni pizza

Hadisə yerinə Təcili Tibbi Yardım briqadasının əməkdaşları gəlsə də, xəsarət alan olmayıb.

Hazırda əraziyə Yaşıllaşdırma və Bitkilərin Mühafizəsi İdarəsinin əməkdaşları cəlb edilib. Kökündən çıxaraq yerə düşən ağac hissələrə doğranaraq ərazidən uzaqlaşdırılıb.

Qəzaya uğrayan avtomobil evakuator vasitəsilə müvəqqəti dayanacağa aparılıb.

/APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!