Bakıda isti havada yol təmizliyindən məsul işçilər işə cəlb olundular

saytların hazırlanması

Evə çatdırılma

Bakıda isti havada yol təmizliyindən məsul işçilər işə cəlb olundular

Sosial

07 Avqust 2025 21:41 365


Bakı şəhərində günorta saat 14 radələrində yol təmizliyindən məsul işçilər işə cəlb olunublar.

Yenisabah.az xəbər verir ki, sosial mediada edilən paylaşımlarda sözügedən işçilərin Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşları olduğu bildirilib.

Məsələ ilə bağlı aidiyyəti üzrə sorğu verilib. pizza

Xatırladaq ki, havanın isti keçməsi ilə bağlı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti temperaturun 41 dərəcəni keçdiyi hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülməsinə görə işəgötürənlərə xəbərdarlıq edilmişdi./Oxu.az


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!