Bakıda itkin düşərək tapılan kursant hərbi məktəbdən kənarlaşdırılacaq

saytların hazırlanması

Evə çatdırılma

Bakıda itkin düşərək tapılan kursant hərbi məktəbdən kənarlaşdırılacaq

Hadisə

17 Fevral 2022 20:07 1159


Bir müddət əvvəl itkin düşərək tapılan Heydər Əliyev adına Ali Hərbi Məktəbin kursantı Hüseynli Vüsal Elşən oğlu hərbi məktəbdən kənarlaşdırılacaq.

Yenisabah.az xəbər verir ki, Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin aidiyyəti hüquq-mühafizə orqanları ilə birgə axtarış tədbirləri nəticəsində tapılaraq hərbi məktəbə qaytarılan kursantla aparılan söhbət zamanı onun yoxa çıxmasının səbəbi yalnız şəxsi intizamsızlığı, məsuliyyətsizliyi və ailə məişət zəminində yaranmış problemlərin olduğu müəyyən edilib.

Belə ki, nizamnamə qaydalarını pozaraq heç bir əsaslı səbəb olmadan təyin olunan vaxtda hərbi təhsil müəssisəsinə qayıtmadığına görə kursant V.Hüseynli hadisənin təfərrüatları tam araşdırıldıqdan sonra hərbi məktəbdən kənarlaşdırılacaq./Report Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!