Bakıda itkin kimi axtarılan qız özünü 15-ci mərtəbədən atıbmış

saytların hazırlanması

Evə çatdırılma

Bakıda itkin kimi axtarılan qız özünü 15-ci mərtəbədən atıbmış

Hadisə

30 May 2023 15:17 886


Bir neçə gün əvvəl itkin kimi axtarışa verilmiş 25 yaşlı qız intihar edib.

Yenisabah.az Qafqazinfo-ya istinadla xəbər verir ki, mayın 26-da Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinə 1998-ci il təvəllüdlü R.Rzayevanın itkin düşməsi ilə bağlı müraciət daxil olub. Yaxınları onun naməlum istiqamətə getdiyini və bir daha geri qayıtmadığını bildiriblər.

Aparılan araşdırmalar nəticəsində R.Rzayevanın mayın 29-da Xırdalan şəhəri Ş.Qurbanov küçəsində yerləşən çoxmərtəbəli binanın 15-ci mərtəbəsindəki ümumi eyvandan özünü ataraq intihar etməsi məlum olub. Dominos pizza

Hadisə ilə bağlı araşdırmalar aparılır.

R.Rzayevanın yaşadığı yeri hansı səbəbdən tərk etməsi, Xırdalana niyə getməsi və nə səbəbə həyatına qəsd etməsi hələlik məlum deyil.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!