Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, hadisə Balaxanı qəsəbəsində qeydə alınıb.
1992-ci il təvəllüdlü Abulov Zabit Hakim oğlu nalayiq ifadalərə görə kafedə müştəri ilə əlbəyaxa dava edib. Dava zamanı o bıçaqlanıb. Z.Abulov aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Pepperoni pizza
Faktla əlaqədar Sabunçu Rayon Prokurorluğunun əməkdaşları hadisə yerinə cəlb edilib.
Cinayət işi başlanılıb, araşdırmalar aparılır./APA
Telegram kanalımız