Bakıda kafedə yanğın oldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda kafedə yanğın oldu

Hadisə

16 Noyabr 2024 23:55 1213


Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə paytaxtın Yasamal rayonu, Ş.Mehtiyev küçəsində yerləşən kafedə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yenisabah.az xəbər verir ki, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində baş vermiş yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində kafenin dam örtüyü 100 kv.m. və yanar konstruksiyaları 80 kv.m. sahədə yanıb. Sezar pizza

Kafenin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Xəsarət alan yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!