Bakıda karantini pozan kafe aşkarlandı: 6 nəfər cərimələndi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Bakıda karantini pozan kafe aşkarlandı: 6 nəfər cərimələndi - Fotolar

Kriminal

13 Aprel 2020 14:52 780


Binəqədidə karantin qaydalarını pozaraq fədliyyət gödtərən kafe aşkar edilib, oyektdə olan 6 nəfər inzibati qaydada cəzalandırılıb.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Binəqədi rayonu A.Gəraybəyli küçəsində yerləşən “Kəndimiz” adlı kafenin xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərəndiyi aşkar edilib. Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı kafedə karantin qaydalarını pozan 6 nəfər saxlanılaraq 5-ci Polis Bölməsinə gətiriliblər. pizza mizza

Xüsusi karantin qaydalarını pozan şəxslər barəsində Polis Bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.

Obyektin sahibinin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!