Bakıda gizli işləyən kafenin sahibi və müştəriləri saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda gizli işləyən kafenin sahibi və müştəriləri saxlanıldı

Kriminal

25 İyul 2020 15:38 925


Sabunçu rayonu Bakıxanov qəsəbəsjndə xüsusi karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərən kafe aşkar edilib.

Bu barədə Yenisabah.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Sabunçu Rayon Polis İdarəsi (RPİ) və 13-cü Polis Bölməsi (PB) əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Ərəblinski 1A ünvanında yerləşən paytaxt sakini Elmin Məmmədova məxsus “Furqan”  kafesinin işlədiyi məlum olub. pizza

Obyektə baxış zamanı ümumilikdə 7 nəfərin xüsusi karantin qaydalarını pozaraq orada olduqları aşkar edilib.

Obyektin sahibi Elmin Məmmədov və müştərilər saxlanılaraq ərazi üzrə Səbail RPİ-nin 13-cü Polis Bölməsinə gətiriliblər.

Xüsusi karantin qaydalarını müştərilən barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülüb və onlar ciddi şəkildə cəzalandırılıblar. Kafe sahibinin törətdiyi karantin pozuntusuna hüquqi qiymət verilməsi üçün topnan materiallar isə Sabunçu Rayon Məhkəməsinə təqdim edilib.  


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!