Bakıda karantini pozan model cərimələndi - Video

saytların hazırlanması

Evə çatdırılma

Bakıda karantini pozan model cərimələndi - Video

Kriminal

17 Sentyabr 2020 10:39 1610


Səbail rayonunda yerləşən restoranlardan birində bir qrup şəxsin xüsusi karantin qaydalarını pozaraq ad günü məclisi keçirmələri ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər araşdırılıb.

Yenisabah.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə sentyabrın 14-də keçirilən ad günü məclisinin təşkilatçısı, Abşeron rayon sakini Günel Dəmirova və onun 6 nəfər rəfiqəsi, restoran işçilərindən 4 nəfər müəyyən olunub. Pepperoni pizza

Məclisdə iştirak edən şəxslər və restoranın işçiləri karantin qaydalarını pozduqları üçün barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Qeyd edək ki, Günel Dəmirova modeldir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!