Bakıda karantini pozaraq, ad günü keçirən direktora töhmət verildi   - RƏSMİ + VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Bakıda karantini pozaraq, ad günü keçirən direktora töhmət verildi - RƏSMİ + VİDEO

Hadisə

22 Dekabr 2020 19:25 1477


Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozaraq ad günü küçirib.

Yenisabah.az xəbər verir ki, bu barədə videogörüntü sosial şəbəkələrə yayılıb.

Məsələ barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi ilə əlaqə saxladıq.  Dördpendirli pizza

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Bakı şəhəri 187 nömrəli tam orta məktəbin direktoru Nailə Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbilə intizam məsuliyyətinə cəlb edilib:

“Ona Təhsil nazirinin əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib”. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!