Bakıda keçiriləcək Dünya Kubokunun püşkatma mərasimi oldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda keçiriləcək Dünya Kubokunun püşkatma mərasimi oldu

İdman

07 Oktyabr 2022 19:01 1000


Noyabrın 5-6-da ölkəmizdə ilk dəfə yunan-Roma güləşi üzrə Dünya Kuboku keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından Yenisabah.az-a verilən məlumata görə, Bakı İdman Sarayında təşkil olunacaq yarışda Serbiyada baş tutmuş son dünya çempionatında ilk “5-lik”də yer alan milli komandalarla yanaşı, dünya yığması (all star) iştirak edəcək.

Bu gün Dünya Güləş Birliyi tərəfindən püşkatma mərasimi keçirilib və 6 iştirakçı 2 qrupa bölünüb. Sezar pizza

Millimiz B qrupunda Serbiya və dünya yığması ilə mübarizə aparacaq. A qrupunda isə Türkiyə, İran və Qırğızıstan yer alıb.

Reqlamentə əsasən, noyabrın 5-də qrup mərhələsinin görüşləri baş tutacaq.

Qruplarda 1-ci yeri tutan komandalar finala yüksələcək. İkinci pillədə qərarlaşan komandalar isə 3-cü yer uğrunda görüşə vəsiqə qazanacaq. Həlledici qarşılaşmalar noyabrın 6-da keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!