Bakıda keçmiş məhkum adam öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Bakıda keçmiş məhkum adam öldürdü

Kriminal

01 Yanvar 2022 12:34 1107


Nəsimi RPİ-nin 20-ci Polis Bölməsinə dekabrın 31-də saat 16 radələrində 32 yaşlı Şahmar Balayevin bədən nahiyəsində bıçaq xəsarətləri olan meyitinin yaşadığı evin zirzəmisində tapılması barədə məlumat daxil olmuşdur. 

Daxili İşlər Nazirliyindən "Yeni Sabah"a verilən məlumata görə, dərhal rayonun polis və prokurorluq orqanları tərəfindən müvafiq tədbirlər həyata keçirilmişdir.

Təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri ilə bu əməlin münaqişə zəminində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Nəcəfov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Dördpendirli pizza

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Nəcəfov tutularaq istintaqa təhvil verilmişdir.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılmışdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!