Bakıda kişinin qadını və özünü öldürməsi ilə bağlı rəsmi AÇIQLAMA

saytların hazırlanması

Evə çatdırılma

Bakıda kişinin qadını və özünü öldürməsi ilə bağlı rəsmi AÇIQLAMA

Kriminal

23 İyul 2021 10:21 1163


İyulun 23-ü saat 01 radələrində Xəzər rayonu, Binə qəsəbə sakini 1976-cı il təvəllüdlü Lyudmila Tatarçenkonun yaşadığı evdə meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Xəzər Rayon Prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, aparılmış araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin tanışı 1961-ci il təvəllüdlü Zərbəli Quliyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Lyudmila Tatarçenkoya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürdükdən sonra həmin evdə özünü asaraq intihar edib.

Faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Dominos pizza

Hazırda istintaq davam edir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!