Bakıda “KOB bazar” satış yarmarkası fəaliyyətə başlayıb

saytların hazırlanması

Evə çatdırılma

Bakıda “KOB bazar” satış yarmarkası fəaliyyətə başlayıb

Sosial

05 Mart 2025 17:42 266


Bugündən Bakının Binəqədi rayonunun ərazisində (Koroğlu və Əcəmi Naxçıvani küçələrinin kəsişməsində) "KOB bazar" satış yarmarkası fəaliyyətə başlayıb.

Yenisabah.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat yayıb. 

Bildirilib ki, KOBİA dəstəyi ilə fəaliyyət göstərəcək bazarda sahibkarlıq subyektlərinin istehsal etdiyi kənd təsərrüfatı və qida məhsullarının satışı həyata keçirilir. Bu məqsədlə bazarda 50-yə yaxın fermer və istehsalçıya məhsullarını satması üçün şərait yaradılıb. Marqarita pizza

Bazar KOB-ların satış imkanlarını genişləndirməklə yanaşı, həmçinin istehlakçıları birbaşa istehsalçılar ilə əlaqələndirəcəkdir. "Gəl, istehsalçıdan al" şüarı ilə təşkil olunmuş yarmarkada Abşeron və ölkənin digər bölgələrində istehsal olunan təzə və keyfiyyətli kənd təsərrüfatı və qida məhsullarının sərfəli qiymətlə satışı həyata keçirilir.

Bazar Novruz və Ramazan bayramları günlərində hər gün, digər günlərdə isə həftəsonu fəaliyyət göstərəcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • RAHİM
    KOB. BAZARI, "KƏNDDƏN ŞƏHƏRƏ" SUMQAYITDA NİYƏ KEÇİRİLMİR?
    1 year ago