Ölkəmizdə tətbiq edilən xüsusi karantin rejimi yumuşaldılsada koronavirus təhlükəsi hələ sovuşmayıb. Amma görünür insanlar bunu qəbullanmaq istəmirlər. Çünki paytaxtın mərkəzi küçələrində ailəsi və yaxud tanışları ilə istirahətə çıxan çoxlu sayda paytaxt sakinini görmək mümkündür. Hətta 65 yaşdan yuxarı olan şəxslər də yumuşaldılmanı fürsət bilib şəhərdə gəzir.
Ətrafda çoxlu az yaşlı uşaq var, üstəlik çoxlu sayda paytaxt sakini də ailəsi və yaxud yaxınları ilə bərabər mərkəzi küçələrdə gəzişir və şəkil çəkdirirlər.
Bu mənzərəni izləyən elə başa düşə bilər ki, Azərbaycanda koronavirus pandemiyası ilə bağlı təhlükə sovuşub. Amma təbii ki, belə deyil. Ölkəmizdə sadəcə olaraq karantin rejimi ilə bağlı qaydalar yumuşaldılıb. Görünür insanların çoxu bunu qəbul etmək istəmir və dünyanı lərzəyə gətirən koronavirusla sanki zarafat edirlər. pizza mizza
Paytaxta ərazisindəki demək olar ki, bütün parkalara giriş bağlı olsa da Nizami küçəsində çoxlu mağazalar fəaliyyət göstərdiyindən sms icazə ilə evdən çıxanlar bura sırf istirahət məqsədi ilə üz tuturlar. Çox təssüf əksər ailələr məhz az yaşlı və yeni doğulmuş uşaqları ilə gəlirlər. Görünür etdikləri hərəkətin səhv olduğunu bildikləri üçün müsahibə verməkdən də yayınırlar.
Ərazidə sərhədlər bağlanmamışdan əvvəl ölkəmizə gələn və hazırda ölkəsinə qayıda bilməyən turistləri də görmək mümkündür.
Qeyd edək ki, ərazidə polis nəfərləri xidmət aparsa da bura gələnlər çox olduğundan onların hər birini saxlayıb sənədlərini yoxlamaq mümkün olmur. Amma hər kəs başa düşməlidir ki, karantin rejimindəki məhdudiyyətlərin bəzisi aradan qaldırılsada bu haldan sui-itifadə etmək olmaz. Əks halda əhali arasında virusa yoluxmada artım ola və prosesin ikinci dalğası başlaya bilər. Belə olduğu halda isə karantin rejimi yenidən sərtləşdiriləcək və məhdudiyyətlər yenidən tətbiq ediləcək. Buna görə də indki vəziyyətdə hər şey cəmiyyətin davranışlarına bağlıdır.
Telegram kanalımız