Bakıda körpünün buz bağlaması 5 avtomobilin qəzasına səbəb oldu

saytların hazırlanması

Evə çatdırılma

Bakıda körpünün buz bağlaması 5 avtomobilin qəzasına səbəb oldu

Kriminal

21 Yanvar 2022 08:52 841


Bakının Nərimanov rayonunda zəncirvarı yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

“Çermet” körpüsü kimi tanınan ərazidə “BMW” markalı avtomobilin sürücüsü yolun buz bağalamasına görə idarəetməni itirib. Avtomobil yol ayrıcı betona çırpılıb. Daha sonra “Opel”, “Toyota”, “Daewoo” və “Hyundai” markalı avtomobillər ard arda bir birinə çırpılıb. Sezar pizza

Hazırda sürücülər “Çermet” körpüsü kimi tanınan ərazidə yolun buz bağlamasını nəzərə alıb eyni istiqamətdə hərəkətdə olan avtomobil sürücülərinə xəbərdarlıq edirlər.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib . Polis əməkdaşları körpünün hər iki istiqamətində dayanaraq avtomobil sürücülərinə sürəti azaltmağı tövsiyyə edirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!