Bakıda kreditlə villa satılır: 5 milyon manata -   FOTOLAR

saytların hazırlanması

Evə çatdırılma

Bakıda kreditlə villa satılır: 5 milyon manata - FOTOLAR

Sosial

17 Noyabr 2025 16:56 1259


Paytaxtda Qala-Şüvəlan yolu istiqamətində fərdi memarlıq layihəsi əsasında inşa olunmuş əsrarəngiz, lüks villa satışa çıxarılıb. Villa 60 sotluq geniş torpaq sahəsində tikilib.

“Yeni Sabah” xəbər verir ki, villanın interyeri dünyaca məşhur brend mebellər və avadanlıqlarla təchiz edilib və qismən əşyalı satılır. Nəğd qiymət 5 milyon manatdır.

Bu əsrarəngiz mülkə kredit yolu ilə də sahib olmaq mümkündür. Bunun üçün ilkin olaraq 4 milyon 750 min AZN, 10 il ərzində isə ayda 4504 manat ödəmək lazımdır. Marqarita pizza

220 m² yaşayış sahəsi olan villada geniş və işıqlı zal, 5 yataq otağı, 2 mətbəxt, 2 qarderob, namaz otağı, 7 sanitar qovşaq və qapalı hovuz var.


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!