Bakıda kriminal avtoriteti öldürən şəxs həbs edildi

saytların hazırlanması

Evə çatdırılma

Bakıda kriminal avtoriteti öldürən şəxs həbs edildi

Kriminal

15 İyul 2020 17:15 1491


Suraxanı rayon Prokurorluğu qətl hadisəsi ilə bağlı məlumat yayıb.

Yenisabah.az-a daxil olan məlumatda deyilir: 

Xəbər verildiyi kimi, iyulun 2-i saat 23 radələrində paytaxtın Suraxanı rayon sakini 1979-cu il təvəllüdlü Mail Mustafayevin öldürülməsi ilə əlaqədar Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdı. Sezar pizza

Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş zəruri istintaq hərəkətləri və təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin tanışı 1989-cu il təvəllüdlü Aslan Sadıqov tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Aslan Sadıqov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub və Suraxanı rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkən tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

M.Mustafayev kriminal aləmdə "Hövsanlı Mayıl", "Mayıl Naxçıvanski" kimi tanınıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!