Bakıda küçədə huşsuz vəziyyətdə bıçaqlanmış şəxs tapıldı

saytların hazırlanması

Evə çatdırılma

Bakıda küçədə huşsuz vəziyyətdə bıçaqlanmış şəxs tapıldı

Kriminal

06 Mart 2021 00:44 756


Sabunçu rayonunun Maştağa qəsəbəsində küçədə bıçaq yarası almış huşsuz vəziyyətdə bir nəfər şəxs aşkar edilib.

Yenisabah.az xəbər verir ki, hadisə qəsəbənin Albalılıq yaşayış massivində qeydə alınıb.

Ərazidə xidmət aparan Sabunçu Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları tərəfindən yaralı 1989-cu il təvəllüdlü Süleymanov Zülfüqar Rasim oğlunu 3 saylı şəhər klinik xəstəxanasına çatdırılıb.  pizza sifarişi

Ona döş qəfəsinin bir neçə kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. 

Hazırda Sabunçu Rayon Polis İdarəsi faktı araşdırır.  /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!