Bakının Xəzər rayonunda 9 yaşlı uşaq dəmir darvazanın aşması nəticəsində ölüb.
Yenisabah.az xəbər verir ki, hadisə Buzovna qəsəbəsində qeydə alınıb.
Belə ki, yeni təmir olunmuş fərdi yaşayış evinin dəmir darvazası küləyin gücündən yerə düşüb. Dördpendirli pizza
Bu zaman 2014-cü il təvəllüdlü Cəlilli Ramiz Telman oğlu darvazanın altında qalıb.
Uşaq ağır bədən xəsarətləri alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Uşağın meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xəzər Rayon Şöbəsinə verilib.
Fakt üzrə araşdırma aparılır./APA
Telegram kanalımız